Gürcüstanda komendant saatının ləğvi gözlənilir

Gürcüstanda komendant saatının ləğvi gözlənilir Gürcüstanda tətbiq olunan komendant saatının aradan qaldırılacağı istisna edilmir
Region
15 Mart , 2021 11:18
Gürcüstanda komendant saatının ləğvi gözlənilir

Gürcüstanda tətbiq olunan komendant saatının aradan qaldırılacağı istisna edilmir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hərəkətə qoyulan qadağa ya tam ləğv olunacaq, ya da müddəti qısaldılacaq.

Baş epidemioloq məsələnin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında müzakirə olunacağını deyib.

Qeyd edək ki, pandemiya səbəbindən qonşu ölkədə ötən ilin noyabrından etibarən saat 21:00-dan saat 05:00-dək piyadalar və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilmir.

Son xəbərlər

Orphus sistemi