Gürcüstanda komendant saatı ləğv olunub

Gürcüstanda komendant saatı ləğv olunub Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan hərəkət məhdudiyyəti aradan qaldırılıb.
Region
30 İyun , 2021 10:19
Gürcüstanda komendant saatı ləğv olunub

Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan hərəkət məhdudiyyəti aradan qaldırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının müvafiq qərarı bu gün saat 23:00-dan etibarən qüvvəyə minəcək.

Qonşu ölkədə komendant saatı ötən ilin noyabrın 28-dən tətbiq olunub. Ölkə üzrə saat 21:00-dan 05:00-dək piyadalar və avtomobillərin hərəkəti qadağan edilirdi.

Bu ilin iyunun 1-dən məhdudiyyət müddəti qısaldılaraq saat 23:00-dan 04:00-dək qüvvədə qalırdı.

Son xəbərlər

Orphus sistemi