Gürcüstanda keçmiş nazir ölkə vətəndaşlığından məhrum edilib

Gürcüstanda keçmiş nazir ölkə vətəndaşlığından məhrum edilib Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib.
Region
14 May , 2021 11:23
Gürcüstanda keçmiş nazir ölkə vətəndaşlığından məhrum edilib
Zurab Adeişvili

Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012) Zurab Adeişvili Gürcüstan vətəndaşlığından məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Z.Adeişvili Ukrayna vətəndaşlığı aldığından Gürcüstan vətəndaşlığından imtina etməsi ilə bağlı bu ilin martın 4-də müraciət edib.

Sənədə baxılandan sonra vətəndaşlığa xitam verilməsi ilə bağlı qərar Gürcüstan prezidentinə təqdim olunub. Dövlət başçısı ötən gün qərarı təsdiqləyib və sabiq nazir Gürcüstan vətəndaşlığından məhrum edilib.

Son xəbərlər

Orphus sistemi