Gürcüstanda kömür karxanası çöküb, ölən və xəsarət alan var

Gürcüstanda kömür karxanası çöküb, ölən və xəsarət alan var Gürcüstanın Tkibuli bölgəsində kömür karxanasında çökmə olub.
Region
28 Noyabr , 2021 01:50
Gürcüstanda kömür karxanası çöküb, ölən və xəsarət alan var

Gürcüstanın Tkibuli bölgəsində kömür karxanasında çökmə nəticəsində 1 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir neçə saat davam edən axtarış-xilasetmə  işlərindən sonra daha 1 nəfər yaralı vəziyyətdə xilas edilib. O, xəstəxanaya yerləşdirilib. 

Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 240-cı maddəsi (təhlükəsizlik qaydalarının pozulması) üzrə cinayət işi açılıb. 

Məlumata görə, qəza açıq karxanada icazəsiz kömür çıxarılan zaman baş verib.

27.11.2011. 18:28

Gürcüstanın Tkibuli bölgəsində kömür karxanasında çökmə nəticəsində torpaq altında qalan iki nəfərdən biri xilas edilib.

“Report”un yerli bürosu xəbər verir ki, o, xəstəxanaya çatdırılıb.

Torpaq kütləsi altında qalan digər şəxsin axtarışları davam etdirilir.

16:20

Gürcüstanın Tkibuli bölgəsində kömür karxanasında çökmə olub.

“Report”un yerli bürosu xəbər verir ki, nəticədə 2 nəfər torpaq kütləsi altında qalıb.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Qəza açıq karxanada icazəsiz kömür çıxarılan zaman baş verib.

Son xəbərlər

Orphus sistemi