Gürcüstanda jurnalistlərə sui-qəsd hazırlandığı bildirilir, istintaq başlayıb

Gürcüstanda jurnalistlərə sui-qəsd hazırlandığı bildirilir, istintaq başlayıb Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və keçmiş ədliyyə naziri Zurab Adeişvilinin adı hallandırılır
Region
323
11 Mart , 2021 20:20
Gürcüstanda jurnalistlərə sui-qəsd hazırlandığı bildirilir, istintaq başlayıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) jurnalistlərə qarşı sui-qəsd hazırlığı barədə yayılan məlumatla bağlı istintaqa başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsin ağırlaşdırıcı hallarda qəsdən qətlinə hazırlıq maddəsi üzrə aparılır.

Qeyd edək ki, Kvemo Kartli bölgəsinin keçmiş qubernatoru Levan Mamaladze bu gün “İmedi” telekanalına Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və keçmiş ədliyyə naziri Zurab Adeişvilinin jurnalistlərə sui-qəsd etməyi planlaşdırdıqlarını bildirib. O, bu məlumatı Ukraynadakı mənbədən əldə etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi