Gürcüstanda iyulun 5-dən kütləvi vaksinasiya başlayır

Gürcüstanda iyulun 5-dən kütləvi vaksinasiya başlayır İyulun 5-dən etibarən Gürcüstan əhalisinin koronavirusa qarşı peyvəndlənməsi prosesinə start veriləcək.
Region
2 İyul , 2021 17:23
Gürcüstanda iyulun 5-dən kütləvi vaksinasiya başlayır

İyulun 5-dən etibarən Gürcüstan əhalisinin koronavirusa qarşı peyvəndlənməsi prosesinə start veriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaaribaşvili brifinqdə məlumat verib.

Onun sözlərinə görə, vaksin vurdurmaq üçün qeydiyyat sabahdan başlayacaq.

Hökumət başçısı ölkəyə milyon doza “Sinovac” və “Sinopharm” preparatının çatdırıldığını bildirib:

“Bu ilin sonuna qədər 4 milyon dozaya yaxın vaskin tədarük olunacaq”.

İ.Qaribaşvili qeyd edib ki, bu ilin sonuna qədər ölkə əhalisinin 60 %-i vaksinasiyadan keçəcək.

Son xəbərlər

Orphus sistemi