Gürcüstanda işsizlik 11,6% təşkil edir

Gürcüstanda işsizlik 11,6% təşkil edir Ötən il Gürcüstanda işsizlik səviyyəsi 11,6% təşkil edib.
Region
18 May , 2020 11:13
Gürcüstanda işsizlik 11,6% təşkil edir

Ötən il Gürcüstanda işsizlik səviyyəsi 11,6% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkədə işsizlik 1,1% azalıb.

Hesabat ilində şəhər yerlərində bu göstərici 17,4%, kənd yerlərində isə 5,5%-ə bərabər olub. Şəhərlər üzrə göstəricidə 2018-ci illə müqayisədə 1,8%, kəndlər üzrə isə 0,3% azalma qeydə alınıb.

Ölkədə qadınlar və kişilər arasında işsizlik səviyyəsi illik müqayisədə 1,1% azalaraq, müvafiq olaraq 10,1% və 12,8% olub.   

Son xəbərlər

Orphus sistemi