Aprel ayında Gürcüstanda ümumi daxili məhsulun (ÜDM) real artım tempi illik müqayisədə 16,6% azalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Bu ilin ilk dörd ayında ÜDM-in orta real artım tempində isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% azalma qeydə alınıb.
Ötən ay bütün iqtisadi fəaliyyət sahələrində azalma baş verib. Artım yalnız mədənçıxarma və karxana sahəsində olub.