Gürcüstanda ilk dəfə partiya sədri elektron səsvermə ilə seçiləcək

Gürcüstanda ilk dəfə partiya sədri elektron səsvermə ilə seçiləcək Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasına (VMHP) sədr onlayn səsvermə yolu ilə seçiləcək.
Region
256
21 Dekabr , 2020 15:02
Gürcüstanda ilk dəfə partiya sədri elektron səsvermə ilə seçiləcək

Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasına (VMHP) sədr onlayn səsvermə yolu ilə seçiləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün başlayan proses dekabrın 25-i saat 21:00-dək davam edəcək.

Səsvermədə partiyanın həm üzvləri, həm də tərəfdarları iştirak edə biləcəklər.

VMHP-dən bildirilib ki, ilk dəfədir Gürcüstanda partiya sədri elektron səsvermə yolu ilə seçilir və bu metodun tətbiqi şəffaflıq, hesabatlılıq, vətəndaş iştirakının artırılması məqsədi daşıyır.

Sədr vəzifəsinə iki nəfər – Nika Meliya və Levan Varşalomidzenin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, 2001-ci ildə təsis olunan VMHP-nin lideri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilidir. Partiyanın keçmiş sədri Qriqol Vaşadze bu ilin dekabrın 15-də istefa verib.

Son xəbərlər

Orphus sistemi