“Gürcüstanda ictimai nəqliyyatın hərəkətinin bərpası məsələsi hələ müzakirə olunmur”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müşaviri İrakli Çikovani bildirib.
O, bu barədə qərarın ölkədəki epidemioloji vəziyyətdən asılı olacağını deyib: “Müvafiq qərar epidemioloqlarla birgə qəbul ediləcək”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə Tbilisidə martın 21-dən sərnişin mikroavtobusları, martın 31-dən isə avtobuslar və metronun hərəkəti dayandırılıb.