Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub

Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub Bu gündən etibarən Gürcüstanın iri şəhərlərində ictimai nəqliyyat fəaliyyətini bərpa edib.
Region
13 Sentyabr , 2021 06:00
Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti bərpa olunub

Bu gündən etibarən Gürcüstanın iri şəhərlərində ictimai nəqliyyat fəaliyyətini bərpa edib.

“Report”un yerli bürosu xəbər verir ki, bir aylıq fasilədən sonra Tbilisi metrosu və avtobuslar sərnişinlərə xidmət göstərməyə başlayıb.

İctimai nəqliyyatda qoruyucu maskadan istifadəyə ciddi nəzarət həyata keçiriləcək.

Qeyd edək ki, qonşu ölkədə epidemioloji vəziyyətin ağırlaşması səbəbindən ictimai nəqliyyatın hərəkəti avqustun 14-dən dayandırılıb. Qadağanın sentyabrın 4-də götürüləcəyi gözlənilsə də, müddət sentyabrın 13-nə qədər uzadılıb.

Son xəbərlər

Orphus sistemi