Gürcüstanda ictimai nəqliyyatda COVID-19 pasportunun tətbiqi müzakirə olunur

Gürcüstanda ictimai nəqliyyatda COVID-19 pasportunun tətbiqi müzakirə olunur “Gürcüstan hökuməti “yaşıl pasport” sisteminin ictimai nəqliyyatda da tətbiq olunması məsələsini müzakirə edir”.
Region
3 Dekabr , 2021 11:12
Gürcüstanda ictimai nəqliyyatda COVID-19 pasportunun tətbiqi müzakirə olunur

“Gürcüstan hökuməti “yaşıl pasport” sisteminin ictimai nəqliyyatda da tətbiq olunması məsələsini müzakirə edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze "Birinci Kanal"a müsahibəsində deyib.

Nazir bildirib ki, ictimai nəqliyyatda müəyyən risklər var, lakin qaydalara əməl olunmasına nəzarət daha vacibdir: “COVID-19 pasportunun ictimai nəqliyyat vasitələrində tətbiqi qaydaları ilə bağlı intensiv məsləhətləşmələr aparılır. Biz yalnız bundan sonra tövsiyələri hazırlayacağıq”.

Qeyd edək ki, Gürcüstanda “yaşıl pasport” sisteminin tətbiqinə dekabrın 1-dən başlanılıb və 18 yaşdan yuxarı ölkə vətəndaşları və əcnəbilər bir sıra obyektlərə yalnız bu sənədlə daxil ola bilirlər. Həmin obyektlərin siyahısına restoran, kafe, barlar, əyləncə mərkəzləri, teatr, kinoteatr, muzeylər, konsert zalları, kazino, SPA və idman zalları, mehmanxana, dağ kurortlarında kanat yolları daxildir. Mağaza, supermarket, aptek və ictimai nəqliyyatda bu sənəd tələb edilmir.

“Yaşıl” statuslu şəxslər koronavirus əleyhinə tam vaksin olunmuş və yaxud son 72 saat ərzində edilmiş PCR testin, ya da 24 saat ərzində verilmiş sürətli testin mənfi cavabı və ya COVID-19 keçirmiş şəxslər hesab edilir. Testlərin əsasında “yaşıl” status alan şəxsin bu statusu testin qüvvədə olma müddəti başa çatandan sonra dayandırılır.

Son xəbərlər

Orphus sistemi