Gürcüstanda Heydər Əliyevin xatirəsinə güləş turniri keçirilir

Gürcüstanda Heydər Əliyevin xatirəsinə güləş turniri keçirilir Gürcüstanda Azəbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə Dostluq turniri keçirilir
Region
9 May , 2021 19:05
Gürcüstanda Heydər Əliyevin xatirəsinə güləş turniri keçirilir

Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan sərbəst güləş üzrə Dostluq turniri keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün Marneulidə yarışın açılış mərasimi baş tutub.

Azərbaycanın Gürcüstandakı səfirliyi, "SOCAR Georgia” şirkəti və Gürcüstanın Azərbaycanlı İdmançıları Birliyinin birgə təşkilatçılığı ilə keçirilən turnir Kvemo Kartli bölgəsini əhatə edir.

Mərasimdə səfirliyin əməkdaşları, SOCAR şirkətinin təmsilçiləri və idman ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Yarışa 20-75 kiloqram çəki kateqoriyaları üzrə 16 idman klubunun 150-yə yaxın idmançısı qatılıb. Turnirin qalibləri kubok, medallar və sertifikatlarla mükafatlandırılacaqlar. Təltifetmə mərasimi sabah keçiriləcək.

Qeyd edək ki, sabah Tbilisidə ulu öndərin xatirəsinə həsr olunan şahmat turniri, mayın 11-də isə Gürcüstan və Azərbaycanın kişilərdən ibarət voleybol üzrə milli komandalarının dostluq oyunu da təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi