Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb 

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb  Gürcüstan həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər təşkil edir.
Region
30 Avqust , 2021 11:10
Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb 
0 : 00
0 : 00

Gürcüstan həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı 99 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyul ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 3 nəfər azalıb. Onların 16-sı ittiham olunan, 3-ü yeniyetmə olmaqla 83-ü məhkumdur.

Gürcüstanda probasiya nəzarətində 25-i kişi, 2-si isə qadın olmaqla 27 Azərbaycan vətəndaşı saxlanılır. Aylıq müqayisədə onların sayı 3 nəfər artıb.

Qonşu ölkədə həbsdə olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 534 nəfərdir. Probasiya nəzarətində isə 233 nəfər xarici ölkə vətəndaşı var.

Son xəbərlər

Orphus sistemi