Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı ikiyə çatıb

Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı ikiyə çatıb Tbilisi. 25 dekabr. REPORT.AZ/ Gürcüstanda H1N1 virusundan (donuz qripi) ölənlərin sayı ikiyə çatıb.
Region
114
25 Dekabr , 2018 13:22
Gürcüstanda donuz qripindən ölənlərin sayı ikiyə çatıb

Tbilisi. 25 dekabr. REPORT.AZ/ Gürcüstanda H1N1 virusundan ("donuz qripi") ölənlərin sayı ikiyə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, ölüm halının biri Acarıstan, digəri isə Kutaisi şəhərində qeydə alınıb: "Hər iki şəxs yüksək risk qrupunda olub və təəsüüflər olsun ki, onların həyatlarını xilas etmək mümkün olmayıb".

D.Sergeenko deyib ki, qrip virusu ilə bağlı vəziyyət epidemiya səviyyəsinin yarısına çatıb: "Ümid edirik ki, vəziyyət epidemiya səviyyəsinə çatmayacaq".

Qeyd edək ki, Gürcüstanda H1N1 virusundan ("donuz qripi") ilk ölüm hadisəsi dekabrın 24-də qeydə alınıb. Kimliyi açıqlanmayan 53 yaşlı qadın qrip virusundan vəfat edib. 

Son xəbərlər

Orphus sistemi