Gürcüstanda gecə klublarının açılmasına icazə verilməyib

Gürcüstanda gecə klublarının açılmasına icazə verilməyib Gürcüstanda gecə klublarının fəaliyyətinin bərpası ilə bağlı qərar hələ qəbul olunmayıb.
Region
22 Dekabr , 2021 13:08
Gürcüstanda gecə klublarının açılmasına icazə verilməyib

Gürcüstanda gecə klublarının fəaliyyətinin bərpası ilə bağlı qərar hələ qəbul olunmayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasının nəzdindəki Operativ Qərargahın rəhbəri Giorgi Qibradze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda artıq “Omikron” ştamına yoluxmalar qeydə alınıb və onun daha çox yayılması riski var.

Qeyd edək ki, qonşu ölkədə gecə klubları ötən ilin martından bağlanıb. Əyləncə məkanlarının dekabrın 17-dən açıldığı barədə məlumatlar yayılsa da, rəsmi şəkildə təsdiq edilməyib.

Son xəbərlər

Orphus sistemi