Gürcüstanda ərzaq ucuzlaşıb, geyim bahalaşıb

Gürcüstanda ərzaq ucuzlaşıb, geyim bahalaşıb Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,4% azalıb.
Region
3 İyul , 2020 11:24
Gürcüstanda ərzaq ucuzlaşıb, geyim bahalaşıb

Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,4% azalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 6,1%-ə bərabər olub.

İyunda ərzaq və alkoqolsuz içkilər qrupunda 4,8% azalma baş verib. Nəqliyyat xidmətləri 3,4% ucuzlaşıb, geyim və ayaqqabıların qiymətində isə 5,6% bahalaşma qeydə alınıb. Sağlamlıq xidmətləri sahəsində qiymət artımı 2,2% təşkil edib.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 13,6% artıb. Meyvə və üzüm 46,5%, süd, pendir və yumurta 17,2%, balıq 15,8%, qəhvə, çay və kakao 14,8%, yağlar 13,5%, ət 13,1%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 12,6%, çörək 10%, mineral sular, içkilər, meyvə və tərəvəz şirələri isə 9,3% bahalaşıb.    

 

Son xəbərlər

Orphus sistemi