May ayında Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,2% artıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik inflyasiya isə 6,5% təşkil edib.
Ötən ay restoran və mehmanxana xidmətləri 4,3%, sağlamlıq xidmətləri 1,3% bahalaşıb, nəqliyyat xidmətləri isə 2,4% ucuzlaşıb.
İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilər 14,7%, meyvə və üzüm 47,1%, süd, pendir və yumurta 24,6%, balıq 17,1%, qənd, cem, bal, şokolad və qənnadı məmulatları 14,5%, qəhvə, çay və kakao 13,9%, ət 13,5%, yağ 13,1%, mineral sular, içkilər, meyvə və tərəvəz şirələri 9,5 %, çörək 9,2%, tərəvəzlər isə 2,7% bahalaşıb.