Gürcüstanda ərzaq məhsulları bahalaşıb

Gürcüstanda ərzaq məhsulları bahalaşıb Tbilisi. 3 yanvar. REPORT.AZ/ Ötən ay Gürcüstanda inflyasiya 0,5% təşkil edib.
Region
3 Yanvar , 2019 11:44
Gürcüstanda ərzaq məhsulları bahalaşıb

Tbilisi. 3 yanvar. REPORT.AZ/ Ötən ay Gürcüstanda inflyasiya 0,5% təşkil edib.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə ölkənin Milli Statistika İdarəsinin məlumatında bildirilib.

İllik inflyasiya isə 1,5%-ə bərabər olub.

Dekabr ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2,3%, çörək və yulafın qiyməti 5,9%, tərəvəzlərin qiyməti 5,6%, süd, pendir və yumurtanın qiyməti 2,8%, balığın qiyməti 2,4%, meyvə və üzümün qiyməti isə 1,7% bahalaşıb. Yağ və piyin qiymətində 1,6%, kofe, çay və kakaonun qiymətində isə 1,0% ucuzlaşma qeydə alınıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 1,7%, alkoqollu içkilər və tütünün qiyməti 4,9%, kommunal xərclər 3,1%, səhiyyə xərcləri 2,9%, nəqliyyat xərcləri isə 1,7% artıb. 

Son xəbərlər

Orphus sistemi