Gürcüstanda ərzaq bahalaşıb

Gürcüstanda ərzaq bahalaşıb Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksində aylıq müqayisədə 0,9% artım qeydə alınıb.
Region
4 may 2020 07:01
Gürcüstanda ərzaq bahalaşıb
0 : 00
0 : 00

Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksində aylıq müqayisədə 0,9% artım qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 6,9%-ə bərabər olub.

Aprel ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3%, meyvə və üzümün qiyməti 17,7%, tərəvəzlərin qiyməti 7,1%, balığın qiyməti 6,2%, qəhvə, çay və kakaonun qiyməti 4,4%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 3%, çörəyin qiyməti 1,6%, ətin qiyməti 1,2%, yağın qiyməti 0,9% artıb. Süd, pendir və yumurtanın qiymətində isə 0,3% azalma olub.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilər 16,1% bahalaşıb ki, bu da ümumi illik inflyasiya səviyyəsinin 5,04%-ni təşkil edib.   

Son xəbərlər

Orphus sistemi