Gürcüstanda Ermənistandan narkotik alan gənc saxlanılıb

Gürcüstanda Ermənistandan narkotik alan gənc saxlanılıb Gürcüstanda beynəlxalq narkotik cinayəti ilə bağlı faktın üstü açılıb
Region
2 İyun , 2021 11:03
Gürcüstanda Ermənistandan narkotik alan gənc saxlanılıb

Gürcüstanda beynəlxalq narkotik cinayəti ilə bağlı faktın üstü açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsidnə 2001-ci il təvəllüdlü şəxs saxlanılıb. O, narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılnmasında ittiham olunur.

Həmin şəxsdən “Alfa- PVP” və “Mefedron” narkotik vasitələri maddi sübut kimi müsadirə edilib.

İstintaqla müəyyən olunub ki, 20 yaşlı gənc narkotik vasitələri satmaq üçün Ermənistandan əldə edib. Onu 6 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi