Gürcüstanda erməni kilsəsində qanunsuz qazıntı işləri aparılıb - FOTO

Gürcüstanda erməni kilsəsində qanunsuz qazıntı işləri aparılıb - FOTO Gürcüstanın Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki bələdiyyəsinin Qoman kəndində erməni kilsəsinin ərazisində qanunsuz qazıntı işləri aparılıb.
Region
7 İyun , 2020 15:38
Gürcüstanda erməni kilsəsində qanunsuz qazıntı işləri aparılıb - FOTO

Gürcüstanın Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki bələdiyyəsinin Qoman kəndində erməni kilsəsinin ərazisində qanunsuz qazıntı işləri aparılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mədəni İrsin Mühafizəsi Milli Agentliyindən bildirilib.

Mədəni irs abidəsinə keçirilən baxış zamanı kilsənin üç fasadının önündəki torpaq sahələrində ağır texnikanın izləri təsdiqlənib. Mütəxəssislər həmçinin kilsə ətrafında səliqəsiz səpələnmiş insan sümükləri də aşkarlayıblar. 

Agentlik məsələ ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) müraciət təqdim edib. DİN artıq mədəni irs abidəsinin zədələnməsi faktı üzrə istintaqa başlayıb. Kilsə ərazisində qanunsuz qazıntı işləri aparanlarla bağlı araşdırma aparılır.    

Son xəbərlər

Orphus sistemi