Gürcüstanda erməni deputatın avtomobilləri yandırılıb

Gürcüstanda erməni deputatın avtomobilləri yandırılıb Maşınlar onun evinin qarşısında olub
Region
23 Aprel , 2017 16:13
Gürcüstanda erməni deputatın avtomobilləri yandırılıb

Bakı. 23 aprel. REPORT.AZ/ Aprelin 22-də Gürcüstanın Axalkalaki şəhərində ölkə parlamentinin erməni əsilli deputatı Samvel Manukyana məxsus iki avtomobilin qəsdən yandırılmasına cəhd olunub.

"Report" xəbər verir ki, bu barədə deputatın özünə istinadən "jnews.ge" portalı məlumat yayıb.

Maşınlar onun evini qarşısında olub.

Deputat fakı təsdiq edib:

"Müxtəlif şübhələr var, sizi əmin edə bilərəm ki, baş verənlər mənim sahibkarlıq fəaliyyətimlə deyil, siyasi fəaliyyətimlə bağlıdır. Görək polis nə müəyyən edə biləcək".

Deputatın qonşusu təsadüfən görüb ki, kimsə maşınların üzərinə benzin töküb və yandırıb. Hadisəni törədən şəxs qaçıb.

Faktla bağlı "Əmlaka qəsdən ziyan vurma" maddəsi üzrə cinayət işi qaldırılıb.

Maşınlardan biri tez söndürülüb, digərinə ciddi ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi