Gürcüstanda epidemioloji vəziyyət ağırlaşıb, yeni məhdudiyyətlər tələb olunur

Gürcüstanda epidemioloji vəziyyət ağırlaşıb, yeni məhdudiyyətlər tələb olunur Gürcüstanda epidemioloji vəziyyət kritik həddə qədər ağırlaşıb.
Region
668
23 Noyabr , 2020 13:07
Gürcüstanda epidemioloji vəziyyət ağırlaşıb, yeni məhdudiyyətlər tələb olunur
0 : 00
0 : 00

Gürcüstanda epidemioloji vəziyyət kritik həddə qədər ağırlaşıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli infeksionistlər ölkədə yeni məhdudiyyətlərin tətbiqini tələb edirlər.

Onların sözlərinə görə, klinikalarda pasiyentlər üçün boş yer artıq qalmayıb, həkim çatışmazlığı var.

Tibb mütəxəssisləri xəbərdarlıq ediblər ki, belə davam edəcəyi halda səhiyyə sistemi vəziyyətə tab gətirməyəcək.

Qrip mövsümü nəzərə alınmaqla koronavirusa yoluxma hallarının daha da artacağını qeyd edən infeksionistlər bu səbəbdən məhdudiyyətlərin gücləndirilməsini zəruri hesab edirlər.

Son xəbərlər

Orphus sistemi