Gürcüstanda dövlət müfəttişliyi ləğv olunub

Gürcüstanda dövlət müfəttişliyi ləğv olunub Gürcüstanın Dövlət Müfəttişliyi Xidməti ləğv olunub
Region
13 Yanvar , 2022 17:04
Gürcüstanda dövlət müfəttişliyi ləğv olunub

Gürcüstanın Dövlət Müfəttişliyi Xidməti ləğv olunub.

“Report”un yerli bürosu xəbər verir ki, ölkə Prezidenti Salome Zurabişvili müstəqil dövlət qurumunun ləğvi barədə qanunu imzalayıb.

Dövlət başçısı bu cür önəmli qanunun heç bir məsləhətləşmə və lazımi müzakirələr olmadan tez bir zamanda qəbulunu qəbuledilməz hesab edib və bildirib ki, qanunun sürətləndirilmiş qaydada baxılması heç nə ilə əsaslandırılmayıb.

Qanuna əsasən, ləğv ediləcək xidmətin bazasında iki qurum – Xüsusi İstintaq Xidməti və Şəxsi Məlumatların Mühafizəsi Xidməti yaradılacaq.

Qeyd edək ki, Gürcüstanda Dövlət Müfəttişliyi Xidmətinin yaradılması barədə qanun 2018-ci ildə qəbul edilib. Müstəqil dövlət institutunun əsas fəaliyyət istiqaməti şəxsi məlumatların mühafizəsi və müəyyən vəzifə cinayətlərinin araşdırılmasından ibarət olub.

Son xəbərlər

Orphus sistemi