Gürcüstanda dövlət məmurlarına qara rəngli "Cip"lər sürmək qadağan edilib

Gürcüstanda dövlət məmurlarına qara rəngli "Cip"lər sürmək qadağan edilib Baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa çağırıb
Region
6 Aprel , 2018 14:59
Gürcüstanda dövlət məmurlarına qara rəngli Ciplər sürmək qadağan edilib
RubiTrux

Bakı. 6 aprel. REPORT.AZ/ Gürcüstan hökuməti dövlət qulluqçuları üçün nəzərdə tutulan qara rəngli avtomobillərdən istifadəyə qadağa qoyub.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Daha əvvəl baş nazir Giorgi Kvirikaşvili bütün dövlət qulluqçularını qara rəngli "Cip" erasına son qoymağa və tədricən ekoloji təmiz nəqliyyata keçməyə çağırıb.

Dəyişikliklərə əsasən, aprelin sonuna qədər bütün nazirliklər və dövlət orqanları iqtisadi baxımdan daha səmərəli avtomobil modelləri nəzərə alınmaqla avtoparkının optimallaşdırılması üzrə plan təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi