Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dövlət bayraqları endirilib Bu gün Gürcüstanda Batumidə baş vermiş faciə ilə bağlı matəm günüdür.
Region
11 Oktyabr , 2021 00:05
Gürcüstanda dövlət bayraqları endirilib

Bu gün Gürcüstanda Batumidə baş vermiş faciə ilə bağlı matəm günüdür.

“Report”un yerli bürosu xəbər verir ki, ölkə ərazisində hadisə zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dövlət binalarında bayraqlar endirilib.

Qeyd edək ki, oktyabrın 8-də Batumidə yeddimərtəbəli yaşayış binasında bir blokda baş vermiş uçqun nəticəsində üçü uşaq olmaqla 9 nəfər ölüb.

Hadisə ilə əlaqədar Tbilisidə oktyabrın 24-nə təyin olunmuş “Tbilisoba” şəhər bayramı da ləğv olunub. Məhdud formatda keçirilməsi planlaşdırılan tədbir üçün ayrılmış vəsait Batumidə ölən və xəsarət alanların ailələrinə yardım fonduna köçürüləcək.

Son xəbərlər

Orphus sistemi