Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dövlət bayraqları endirilib Bu gün Suxumi şəhərinin süqutunun 28-ci ildönümü tamam olur.
Region
27 Sentyabr , 2021 00:30
Gürcüstanda dövlət bayraqları endirilib

Bu gün Suxumi şəhərinin süqutunun 28-ci ildönümü tamam olur.

“Report”un yerli bürosu xəbər verir ki, Abxaziya müharibəsində həlak olanlarının xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanda bütün inzibati binalarda dövlət bayraqları endirilib.

Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1993-cü il avqustun 14-də başlayıb. 13 ay 13 gün davam edən münaqişədə 12 mindən çox insan həlak olub, 300 min nəfər, əsasən də etnik gürcülər qaçqın və məcburi köçkünə çevrilib.

Son xəbərlər

Orphus sistemi