Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB Tbilisi. 7 yanvar. REPORT.AZ/ Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) 10 nəfər ölüb.
Region
226
7 Yanvar , 2019 22:45
Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Tbilisi. 7 yanvar. REPORT.AZ/ Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) 10 nəfər ölüb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

O deyib ki, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: “Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır”.

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.


***15:16

Tbilisi. 7 yanvar. REPORT.AZ/ Gürcüstanın Poti şəhərində H1N1virusuna (“donuz qripi”) yoluxan, təxminən, 40 yaşlarında qadın ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, pasiyent Poti Şəhər Xəstəxanasına kəskin respirator infeskiya, pnevmaniya və tənəffüs çatışmazlığı diaqnozu ilə yerləşdirilib.

Tibb müəssisəsində aparılmış müalicəyə baxmayaraq, xəstənin halı pisləşib və o, ötən gün vəfat edib.

Hazırda Poti Şəhər Xəstəxanasında respirator infeskiya simptomları ilə 11 nəfər müalicə alır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə 8 nəfər “donuz qripi”ndən ölüb.

Son xəbərlər

Orphus sistemi