Gürcüstanda diskriminasiya hallarının 11%-i dini mənsubiyyətlə bağlıdır

Gürcüstanda diskriminasiya hallarının 11%-i dini mənsubiyyətlə bağlıdır Tbilisi. 5 mart. REPORT.AZ/ Gürcüstanın Ombudsman Aparatına 2017-ci ilin sentyabrından 2018-ci ilin avqust ayına qədər diskriminasiya ilə bağlı 159 şikayət daxil olub.
Region
5 Mart , 2019 15:24
Gürcüstanda diskriminasiya hallarının 11%-i dini mənsubiyyətlə bağlıdır

Tbilisi. 5 mart. REPORT.AZ/ Gürcüstanın Ombudsman Aparatına 2017-ci ilin sentyabrından 2018-ci ilin avqust ayına qədər diskriminasiya ilə bağlı 159 şikayət daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın ombudsmanı Nino Lomcarianın bu gün təqdim etdiyi hesabatda bildirilib.

Sənəddə qeyd olunub ki, şikayətlərin 69%-i dövlət sektorunun payına düşüb.

Diskriminasiya faktlarının 16%-i cinsi mənsubiyyət, 12%-i siyasi və digər baxışlar, 11%-i isə dini mənsubiyyətlə bağlı olub.

Ayrı-seçkilik üzrə halların böyük əksəriyyətinin əmək münasibətləri zamanı baş verdiyi məlum olub.

Son xəbərlər

Orphus sistemi