Gürcüstanda Diaspora Nazirliyi ləğv edilib

Gürcüstanda Diaspora Nazirliyi ləğv edilib Gənc Hüquqçular Birliyi hökuməti bu qurumu ləğv etməməyə çağırmışdı
Region
11 Noyabr , 2016 15:19
Gürcüstanda Diaspora Nazirliyi ləğv edilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Gürcüstan Diaspora İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Teya Tsulukiani hökumətin iclasından sonra bildirib.

Onun sözlərinə görə, həmin qurumun funksiyası Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə daxil ediləcək.

Məlumata görə, Gürcüstan Gənc Hüquqçular Birliyi hökuməti diaspora işləri üzrə qurumu ləğv etməməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi