Gürcüstanda daha bir məhdudiyyət yumşaldılıb

Gürcüstanda daha bir məhdudiyyət yumşaldılıb Gürcüstanda kafe və restoranların saat 23:00-a qədər fəaliyyət göstərməsinə icazə verilib.
Region
5 Oktyabr , 2021 12:13
Gürcüstanda daha bir məhdudiyyət yumşaldılıb

Gürcüstanda kafe və restoranların saat 23:00-a qədər fəaliyyət göstərməsinə icazə verilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərar sabahdan qüvvəyə minəcək.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən avqustun 25-dən qida obyektləri saat 22:00-dək müştəri qəbul edə bilirdi.

Son xəbərlər

Orphus sistemi