Gürcüstanda daha 958 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda daha 958 nəfərdə koronavirus aşkarlanıb ​​​​​​​Gürcüstanda son sutkada koronavirusa 958 yeni yoluxma halı qeydə alınıb, 214 nəfər sağalıb, 4 pasiyent isə vəfat edib.
Region
737
17 Oktyabr , 2020 10:54
Gürcüstanda daha 958 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanda son sutkada koronavirusa 958 yeni yoluxma halı qeydə alınıb, 214 nəfər sağalıb, 4 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 16 285-ə çatıb. Xəstəlikdən sağalanların sayı 7 827, vəfat edənlərin sayı isə 128 olub.

Karantin zonalarında 5 900, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Xəstəliyi yüngül keçirən 1 388 nəfər xüsusi otellərdə müalicə alır.

Son xəbərlər

Orphus sistemi