Gürcüstanda son sutkada koronavirusa 3 115 yeni yoluxma faktı təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 11 767 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 619 274 nəfərdə aşkarlanıb. Onların 1 529 623-ü sağalıb, 16 274-ü isə ölüb.