Gürcüstanda daha 298 nəfərdə COVID-19 aşkarlanıb, 16 pasiyent ölüb

Gürcüstanda daha 298 nəfərdə COVID-19 aşkarlanıb, 16 pasiyent ölüb Gürcüstanda ötən sutkada koronavirusa 298 yeni yoluxma halı qeydə alınıb, 1 311 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə vəfat edib.
Region
25 Yanvar , 2021 10:39
Gürcüstanda daha 298 nəfərdə COVID-19 aşkarlanıb, 16 pasiyent ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 298 yeni yoluxma halı qeydə alınıb, 1 311 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan indiyədək COVID-19-a 253 816 nəfərin yoluxduğu müəyyən edilib. Onların 243 396-sı sağalıb, 3 071-i isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 7 323 nəfərdir.

Son xəbərlər

Orphus sistemi