Gürcüstanda daha 229 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb

Gürcüstanda daha 229 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb Gürcüstanda ötən sutka ərzində daha 229 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.
Region
28 Mart , 2022 10:42
Gürcüstanda daha 229 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində daha 229 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Məlumata əsasən, daha 2 993 nəfər müalicə olunaraq sağalıb, 12 nəfər isə ölüb.

Pandemiya başlayandan bu günədək Gürcüstanda COVID-19-a 1 646 545 yoluxma faktı qeydə alınıb. Yoluxanların 1 621 396-sı sağalıb, 16 720-si isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi