Gürcüstanda daha 2 901 nəfər koronavirusa yoluxub, 34 pasiyent ölüb

Gürcüstanda daha 2 901 nəfər koronavirusa yoluxub, 34 pasiyent ölüb Gürcüstanda son sutkada koronavirusa 2 901 yeni yoluxma halı qeydə alınıb, 2 799 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib.
Region
8 Noyabr , 2020 11:02
Gürcüstanda daha 2 901 nəfər koronavirusa yoluxub, 34 pasiyent ölüb

Gürcüstanda son sutkada koronavirusa 2 901 yeni yoluxma halı qeydə alınıb, 2 799 nəfər müalicə olunaraq sağalıb, 34 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 57 753-ə çatıb. Onların 42 572-si sağalıb, 475-i isə ölüb.

Hazırda karantin zonalarında 2 964, stasionar nəzarətdə isə 4 691 nəfər var. 2 879 asimptomatik xəstə isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Son xəbərlər

Orphus sistemi