Gürcüstanda daha 18 pasiyent koronavirusdan sağaldı

Gürcüstanda daha 18 pasiyent koronavirusdan sağaldı Gürcüstanda koronavirus diaqnozu qoyulan daha 18 pasiyent sağalıb.
Region
24 Aprel , 2020 18:11
Gürcüstanda daha 18 pasiyent koronavirusdan sağaldı

Gürcüstanda koronavirus diaqnozu qoyulan daha 18 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından sağalanların sayı 132-yə çatıb.

Qeyd edək ki, indiyədək Gürcüstanda bu virus 431 nəfərdə təsdiqlənib. Onların 5-i dünyasını dəyişib. 

Hazırda karantində 5 888, stasionar nəzarətdə isə 571 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi