Gürcüstanda daha 1 942 nəfərdə koronavirus aşkarlanıb, 46 nəfər ölüb

Gürcüstanda daha 1 942 nəfərdə koronavirus aşkarlanıb, 46 nəfər ölüb Gürcüstanda son sutkada daha 1 942 nəfərdə koronavirus aşkarlanıb, 46 pasiyent vəfat edib.
Region
25 Oktyabr , 2021 10:45
Gürcüstanda daha 1 942 nəfərdə koronavirus aşkarlanıb, 46 nəfər ölüb

Gürcüstanda son sutkada daha 1 942 nəfərdə koronavirus aşkarlanıb, 46 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 694 182-yə, ölənlərin sayı isə 9 788-ə çatıb.

Ötən 24 saat ərzində 4 650, ümumilikdə isə 635 611 nəfər müalicə olunaraq sağalıb.

Son xəbərlər

Orphus sistemi