Gürcüstanda 4 və daha çox uşağı olanlara çoxuşaqlı valideyn statusu veriləcək

Gürcüstanda 4 və daha çox uşağı olanlara çoxuşaqlı valideyn statusu veriləcək Gürcüstanda 4 və ya daha çox uşağı olan vətəndaşlara çoxuşaqlı valideyn statusu veriləcək.
Region
8 May , 2019 11:23
Gürcüstanda 4 və daha çox uşağı olanlara çoxuşaqlı valideyn statusu veriləcək

Gürcüstanda 4 və ya daha çox uşağı olan vətəndaşlara çoxuşaqlı valideyn statusu veriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, çoxuşaqlı valideyn statusunu vətəndaşlığı olmayan şəxslər də ala biləcək. Uşaqların yaşına heç bir məhdudiyyət tətbiq olunmayacaq və statusun verilməsində övladlığa götürülmüş uşaqlar da nəzərə alınacaq.

Çoxuşaqlı valideyn statusunu həm ana, həm də ata ala biləcək.

Statusun tələblərinə cavab verən şəxslər müvafiq sənədləri Dövlət Xidmətləri Agentliyinin istənilən mərkəzinə təqdim etməlidirlər. Statusun verilməsi barədə qərar müraciətin təqdim olunmasından sonra 30 təqvim günü ərzində qəbul olunacaq.

Gürcüstanda 2014-cü ildə aparılmış son siyahıyaalmaya əsasən ölkədə dörd və daha çox uşağı olan 12 369 ailə var.

Dövlət tərəfindən dörd uşaqlı ailələrə elektrik enerjisi xərcləri üçün aylıq 20 lari (7,3 dollar), hər növbəti uşaq üçün isə hər ay 10 lari (3,6 dollar) məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi