Gürcüstanda COVID-19-dan ölənlərin sayı 7 700-ü ötüb

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 7 700-ü ötüb Gürcüstanda son sutkada koronavirusa 2 684 yeni yoluxma halı qeydə alınıb, 83 nəfər vəfat edib.
Region
4 Sentyabr , 2021 10:43
Gürcüstanda COVID-19-dan ölənlərin sayı 7 700-ü ötüb

Gürcüstanda son sutkada koronavirusa 2 684 yeni yoluxma halı qeydə alınıb, 83 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 diaqnozu qoyulanların sayı 562 627-yə, ölənlərin sayı isə 7 732-yə çatıb.

Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 2 695 nəfər artaraq 509 181 olub.

Hazırkı aktiv xəstə sayı 45 688 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi