Gürcüstanda COVID-19-dan ölənlərin sayı 16 800-ə çatıb

Gürcüstanda COVID-19-dan ölənlərin sayı 16 800-ə çatıb Gürcüstanda son sutkada daha 92 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 nəfər vəfat edib.
Region
24 Aprel , 2022 10:48
Gürcüstanda COVID-19-dan ölənlərin sayı 16 800-ə çatıb

Gürcüstanda son sutkada daha 92 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son bir gündə daha 241 nəfər müalicə olunaraq sağalıb.

Qonşu ölkədə indiyədək COVID-19-a 1 654 255 yoluxma halı qeydə alınıb. Yoluxanların 1 635 791-i sağalıb, 16 800-ü isə ölüb.

Son xəbərlər

Orphus sistemi