Gürcüstanda son sutka ərzində koronavirusa 1 527 yeni yoluxma halı qeydə alınıb, 46 nəfər vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da Gürcüstanda indiyə qədər COVID-19 infeksiyasına yoluxanların sayı 890 813-ə, ölənlərin sayı isə 12 777-yə çatıb.
Ötən 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 4 588 nəfər artaraq 837 263 olub.