Gürcüstanda COVID-19-a yoluxanların sayı 865 mini keçib

Gürcüstanda COVID-19-a yoluxanların sayı 865 mini keçib Gürcüstanda son sutka ərzində daha 3 410 nəfərdə koronavirus aşkarlanıb, 4 732 nəfər müalicə olunaraq sağalıb, 46 pasiyent vəfat edib.
Region
144
5 Dekabr , 2021 10:49
Gürcüstanda COVID-19-a yoluxanların sayı 865 mini keçib

Gürcüstanda son sutka ərzində daha 3 410 nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, virusa yoluxmuş 4 732 nəfər müalicə olunaraq sağalıb, eyni zamanda 46 pasiyent vəfat edib.

Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyasına 865 293 nəfər yoluxub. Onların 806 596-sı sağalıb, 12 344-ü isə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi