Gürcüstanda COVID-19-a yoluxanların sayı 680 mini keçib

Gürcüstanda COVID-19-a yoluxanların sayı 680 mini keçib Gürcüstanda son sutkada daha 4 411 nəfərdə koronavirus aşkarlanıb, 29 pasiyent vəfat edib.
Region
21 Oktyabr , 2021 10:43
Gürcüstanda COVID-19-a yoluxanların sayı 680 mini keçib

Gürcüstanda son sutkada daha 4 411 nəfərdə koronavirus aşkarlanıb, 29 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Ötən 24 saat ərzində daha 2 896 nəfər sağalaraq evə buraxılıb.

Gürcüstanda indiyədək COVID-19-a 680 182 nəfər yoluxub. Onların 622 181-i sağalıb, 9 617-si isə dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi