Gürcüstanda COVID-19-a yoluxanların sayı 264 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxanların sayı 264 mini ötüb Gürcüstanda son sutkada daha 557 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 639 nəfər sağalaraq evə buraxılıb, 10 pasiyent vəfat edib.
Region
11 Fevral , 2021 10:47
Gürcüstanda COVID-19-a yoluxanların sayı 264 mini ötüb

Gürcüstanda son sutkada daha 557 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 639 nəfər sağalaraq evə buraxılıb, 10 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə indiyədək COVID-19-a 264 158 yoluxma halı təsdiqlənib. Yoluxanların 256 024-ü sağalıb, 3 321-i isə ölüb.

Hazırda karantin rejimində 386, stasionar nəzarətdə 2 083 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 290 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Son xəbərlər

Orphus sistemi