Gürcüstanda COVID-19-a yoluxanların sayı 260 mini ötdü

Gürcüstanda COVID-19-a yoluxanların sayı 260 mini ötdü Gürcüstanda ötən sutkada koronavirusa yoluxanların sayı 583 nəfər artaraq 260 480-ə çatıb.
Region
4 Fevral , 2021 10:50
Gürcüstanda COVID-19-a yoluxanların sayı 260 mini ötdü

Gürcüstanda ötən sutkada koronavirusa yoluxanların sayı 583 nəfər artaraq 260 480-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son 24 saat ərzində 671 nəfər sağalaraq evə buraxılıb, 19 pasiyent isə vəfat edib. Pandemiya başlayandan indiyədək COVID-19-a yoluxanların 251 748-i sağalıb, 3 240-ı isə dünyasını dəyişib.

Hazırda karantin rejimində 430, stasionar nəzarətdə isə 2 341 nəfər saxlanılır.

Son xəbərlər

Orphus sistemi