Gürcüstanda COVID-19-a yoluxan tibb işçilərinin sayı 8 mini ötüb

Gürcüstanda COVID-19-a yoluxan tibb işçilərinin sayı 8 mini ötüb A.Qamkrelidze Gürcüstanın səhiyyə sisteminin yüklənməyə baxmayaraq artmaqda olan pasiyentlərin öhdəsindən gəldiyini qeyd edib
Region
870
2 Dekabr , 2020 15:32
Gürcüstanda COVID-19-a yoluxan tibb işçilərinin sayı 8 mini ötüb
0 : 00
0 : 00

Gürcüstanda tibb işçiləri arasında koronavirusa yoluxanların sayı 8 min nəfəri ötüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, yoluxanların bir hissəsi artıq sağalaraq işə dönüb, bir neçəsi isə vəfat edib.

A.Qamkrelidze Gürcüstanın səhiyyə sisteminin yüklənməyə baxmayaraq, artmaqda olan pasiyentlərin öhdəsindən gəldiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi