Bu ilin I rübündə Gürcüstanda 16 035 cinayət faktı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisədə cinayət hadisələrinin sayı 1 786 hal və ya 10% azalıb.
Yanvar-martda qeydə alınan cinayət faktlarının böyük əksəriyyəti əmlaka zərər vurma (6 541), sağlamlığa zərər vurma (2 863) və narkotiklərlə (1 075) bağlı olub.