Gürcüstanda cərimə ödəməyən xarici vətəndaşlar ölkəyə buraxılmayacaq

Gürcüstanda cərimə ödəməyən xarici vətəndaşlar ölkəyə buraxılmayacaq Gürcüstanda inzibati qanun pozuntusuna görə cəriməni ödəməyən xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmasının məhdudlaşdırılması nəzərdə tutulur.
Region
3 Fevral , 2020 23:37
Gürcüstanda cərimə ödəməyən xarici vətəndaşlar ölkəyə buraxılmayacaq

Gürcüstanda inzibati qanun pozuntusuna görə cəriməni ödəməyən xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daxil olmasının məhdudlaşdırılması nəzərdə tutulur.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinə təqdim olunan qanun layihəsində bildirilib.

Sənəddə qeyd olunub ki, məhdudiyyətlərin tətbiqi əcnəbilərə Gürcüstan ərazisində inzibati qanun pozuntularına görə məsuliyyət daşıması üçün effektiv mexanizm yaratmağa imkan verəcək.

Qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq. 

Son xəbərlər

Orphus sistemi